Azərbaycanın iştirakı ilə formalaşan yeni enerji marşrutu Avropaya “yaşıl enerji” ixracını sürətləndirir. Layihənin əsasını təşkil edən “Yaşıl dəhliz” təşəbbüsü ilk olaraq 2024-cü ilin may ayında imzalanmış memorandumla başlayıb, daha sonra isə 2024-cü ilin noyabrında Bakıda keçirilmiş COP29 çərçivəsində dövlət başçıları səviyyəsində strateji tərəfdaşlıq sazişi ilə möhkəmləndirilib. Bu sənəd enerji istehsalı ilə yanaşı, onun ötürülməsi istiqamətində də yeni mərhələnin əsasını qoyub.
#yaşıl enerji ötürülməsi
Energetika naziri Pərviz Şahbazov Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkətinin İdarə Heyətinin sədri Mohammad Abunayyan ilə görüşüb. Görüş zamanı Qara dəniz, Avropa, Mərkəzi Asiya və Naxçıvan marşrutları üzrə elektrik enerjisi interkonnektorları layihələrinin icra vəziyyəti, həmçinin Azərbaycan, Qazaxıstan, Özbəkistan və Səudiyyə Ərəbistanı Krallığı arasında yaşıl enerjinin inkişafı və ötürülməsi üzrə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. Şirkətlə elektrik enerjisinin istehsalı ilə yanaşı, ötürülməsi istiqamətində də əməkdaşlıq perspektivləri dəyərləndirilib.