Polisin məlumatına görə, Esbjerg, Sonderborg və Skrydstrup hava limanları da eyni vaxtda dronlarla müşahidə olunub, lakin fəaliyyətini dayandırmayıb. Aalborg polisi hadisəni diqqətlə izlədiklərini, lakin dronların sayını və məqsədini müəyyən edə bilmədiklərini açıqlayıb.
#dron
Qətərin Baş naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al-Tani İsrailin Doha şəhərinə təşkil etdiyi hava hücumunu “dövlət terroru” adlandıraraq, İsrailin Baş naziri Benyamin Netanyahunun ədalət qarşısına çıxarılmalı olduğunu bəyan edib.
Rusiyanın Kiyevə hücumu zamanı Azərbaycan səfirliyinə ziyan dəyib, xəsarət alan olmayıb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. "Avqustun 28-i, gecə saat 3 radələrində Ukraynanın paytaxtı Kiyev şəhərinə raket və dron hücumları baş verib. Raketlərdən biri Azərbaycanın Ukraynadakı səfirliyinin binasının yaxınlığında partlaması nəticəsində yaranan zərbədən binaya zərər dəyib. Bəzi pəncərələr qırılıb, konsulluq bölməsinin damında çatlar əmələ gəlib", - məlumatda deyilir.
Layihədə Airbus Defence şirkəti ABŞ mənşəli Kratos startapı ilə birgə, Rheinmetall isə Anduril adlı dron istehsalçısı ilə əməkdaşlıq edir. Həmçinin Münhendə yerləşən Helsing startapı da layihəyə cəlb olunub.
Alman mediası Türkiyənin yeni pilotsuz döyüş sisteminin Qara dənizdə strateji balansı dəyişə biləcəyini yazıb.