#Makedoniya Sahə Nəzarət Mərkəzi

Yunanıstanda Afina Uçuş Məlumat Bölgəsində (FIR) yaranmış texniki nasazlıq ölkə üzrə hava nəqliyyatının işini ciddi şəkildə pozub. Radio tezlik sistemlərində baş verən problem səbəbindən hava limanlarından uçuşlara müvəqqəti olaraq icazə verilmir, hazırda havada olan təyyarələrin təhlükəsiz enişinin təmin edilməsi üçün tədbirlər görülür.