#Andrey Demçenko

“Araz-Naxçıvan” futbol klubunun yeni baş məşqçisi məlum olub. Bu barədə klubun Mətbuat Xidməti məlumat yayıb. Məlumata görə, komandanın baş məşqçisi vəzifəsinə Andrey Demçenko təyin edilib. Ukraynalı mütəxəssislə cari mövsümün sonunadək müqavilə imzalanıb. Razılaşmanın daha bir il müddətinə uzadılması imkanı da nəzərdə tutulub.