Venesuelanın keçid dövrü üzrə dövlət başçısı Delsi Rodrigez, paytaxt Karakasda gənc aktivistlərlə keçirilən tədbirdə çıxış edərək ABŞ-a mühüm ismarışlar göndərib. ABŞ-ı "ortaq və dost" kimi xarakterizə edən Rodrigez, ölkəsinə qarşı illərdir tətbiq olunan bütün sanksiyaların və blokadanın dərhal dayandırılmasını tələb edib.
#Venesuela gərginliyi və ABŞ-da pizza müşahidələri
ABŞ Prezidenti Donald Tramp sosial media hesabında özünü Venesuelanın müvəqqəti prezidenti kimi təqdim edən bir paylaşım edib. Tramp özünə məxsus Truth Social platformasında Vikipedia məlumatlarına bənzədilmiş bir vizual paylaşıb. Həmin şəkildə Trampın fotosunun altında "Venesuelanın müvəqqəti prezidenti" ifadəsi yer alıb. ŞƏkildə həmçinin "2026-cı ilin yanvarından etibarən vəzifədədir" qeydi və vitse-prezident qismində Ceyms Devid Vensin adı qeyd olunub.
Venesuelada prezident Nikolas Maduro ilə bağlı yayılan saxlanılma iddiaları və Karakasda baş verdiyi bildirilən hücumlar fonunda ABŞ paytaxtı Vaşinqtonda təhlükəsizlik qurumlarının yerləşdiyi ərazilərdə pizzacıların qeyri-adi dərəcədə yüklənməsi sosial mediada diqqət çəkib. Bu müşahidələr “Pentaqon pizza nəzəriyyəsi” kimi tanınan iddiaları yenidən gündəmə gətirib. ABŞ Müdafiə Nazirliyinin – Pentaqonun, eləcə də Mərkəzi Kəşfiyyat İdarəsinin – CIA yaxınlığında yerləşən pizzacılarda qeydə alınan intensivlik, Venesuela ətrafında baş verən gərginliklə eyni vaxta təsadüf edib. Sosial şəbəkələrdə yayılan iddialara görə, bu cür artım Vaşinqtonda pərdəarxası diplomatik və ya hərbi fəallığın göstəricisi ola bilər.