ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə planlaşdırılan görüşü ərəfəsində mətbuat nümayəndələrinə açıqlamasında İranla bağlı diqqətçəkən bəyanatlar səsləndirib. Tramp İranın yenidən hərbi və siyasi potensialını bərpa etməyə çalışdığına dair məlumatlar aldıqlarını bildirib. ABŞ prezidenti qeyd edib ki, belə bir ssenari təsdiqlənərsə, Vaşinqton buna sərt cavab vermək məcburiyyətində qala bilər.