#Yalovada silahlı toqquşma xəbərləri

İstanbul və Ankarada İŞİD-ə qarşı əməliyyatlar keçirilib. Əməliyyatlar zamanı ümumilikdə 127 şübhəli şəxs saxlanılıb. Saxlanılanların Yalovada törədilən hücumla əlaqəli olduqları müəyyən edilib. Təhlükəsizlik qüvvələrinin İŞİD-ə qarşı əməliyyatları dayanmadan davam edir. Yalovada dünən baş verən hücumda 3 polis əməkdaşı şəhid olmuşdu, bu səbəbdən bu gün yeni reydlər həyata keçirilib. İstanbulda aparılan istintaqlarda 110 şübhəli saxlanılıb. İstanbul Baş Prokurorluğundan əməliyyatla bağlı açıqlama verilib.

Türkiyənin Yalova bölgəsində terror təşkilatı İŞİD-Ə qarşı keçirilən əməliyyat zamanı təhlükəsizlik qüvvələrinə atəş açılıb. Nəticədə 7 polis əməkdaşı yaralanıb. Türkiyə Bölgə Polis İdarəsinin əməkdaşları tərəfindən mərkəzə bağlı Elmalıq kəndi yolu üzərində yerləşən bir evə əməliyyat təşkil olunub. Əməliyyat zamanı şübhəlilərin polisə atəş açması nəticəsində qarşıdurma baş verib. Bursadan xüsusi təyinatlı polis qüvvələrinin də cəlb olunduğu əməliyyat ərazidə gücləndirilmiş təhlükəsizlik tədbirləri altında davam etdirilir. Yaralanan polis əməkdaşları xəstəxanaya yerləşdirilib, onların vəziyyətinin qənaətbəxş olduğu bildirilib.