Dekabrın 28-də 14 yaşadək cüdoçular arasında Azərbaycan birinciliyi başa çatıb. Mübarizənin son günündə komanda yarışları keçirilib. Abşeron Olimpiya İdman Kompleksində reallaşan turnirdə oğlanlar arasında 10, qızlarda isə 5 kollektiv qüvvəsini sınayıb.