Avstriyanın paytaxtı Vyanada Qəzza zolağında çadır məktəbinin yaradılmasına dəstək məqsədilə xeyriyyə yarmarkası təşkil olunub. Tədbir Vyanada fəaliyyət göstərən humanitar təşkilat Rahma Austria tərəfindən şəhərdə yerləşən mərasim zalında keçirilib. Yarmarkada yüzlərlə insan iştirak edib.