Türkmənistan Nazirlər Kabinetinin sədr müavini Quvanc Ağacanov Azərbaycan Respublikasının Türkmənistandakı fövqəladə və səlahiyyətli səfiri Qismət Gözəlovu qəbul edib. Bu barədə Azərbaycanın Türkmənistandakı Səfirliyindən məlumat verilib. Səfir Qismət Gözəlov görüş zamanı Quvanc Ağacanovu yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib.
#Azərbaycan–Türkmənistan diplomatik əlaqələri
Azərbaycan Respublikasının Türkmənistandakı səfiri Qismət Gözəlov Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov tərəfindən təltif edilmişdir. Prezident Sərdar Berdiməhəmmədovun 2025-ci il 24 dekabr tarixli 613 nömrəli Sərəncamına əsasən, Qismət Gözəlov “Türkmənistanın Tərəfsizliyinin 30 İllik” yubiley medalı və “Türkmənistanın Daimi Tərəfsizliyinin 30 İllik” xatirə gümüş nişanı ilə təltif olunmuşdur.