ABŞ hakimi çərşənbə günü cinsi təcavüzdə təqsirli bilinən Ceffri Epşteynin Nyu-York həbsxanasındakı ölümündən bir neçə həftə əvvəl yazdığı ehtimal edilən intihar məktubunu dərc edib.
#Bir milyon yeni sənəd: Epşteyn qalmaqalı böyüyür
ABŞ Ədliyyə Nazirliyi bildirib ki, cinsi cinayətlərdə təqsirli bilinmiş milyarder Ceffri Epşteynlə bağlı faylların açıqlanmasının başa çatdırılması üçün “daha bir neçə həftə” vaxt tələb oluna bilər. Bu isə sənədlərin tam şəkildə dərcinin bir neçə həftəlik təxirə salınacağı anlamına gəlir, çünki məsul şəxslər zərərçəkənlərin qorunması məqsədilə detallara düzəlişlər edirlər.