Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi paytaxt Ər-Riyad şəhərini hədəf alan ciddi raket hücumunun qarşısının alındığını açıqlayıb. Nazirliyin məlumatına görə, ölkənin hava hücumundan müdafiə sistemləri şəhər istiqamətində atılan dörd ballistik raketi havada zərərsizləşdirib.
#Səudiyyə Ərəbistanı müdafiə əməkdaşlığı
Səudiyyə Ərəbistanının 2025-ci ildə həyata keçirdiyi xarici siyasət ölkənin regional və beynəlxalq proseslərdə iştirakını, eləcə də müxtəlif sahələr üzrə əməkdaşlıq mexanizmlərini əhatə edib. Riyadın bu dövrdə əsas diqqət yetirdiyi məsələlər arasında Qəzza zolağındakı müharibə ilə bağlı diplomatik təşəbbüslər, məcburi köçürmələrə qarşı mövqe, iki dövlətli həll konsepsiyası, Fələstin dövlətinin yaradılmasına dair çağırışlar, Suriya üzrə humanitar və siyasi addımlar, həmçinin regional təhlükəsizlik, o cümlədən Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) çərçivəsində təhlükəsizlik məsələləri yer alıb. Eyni zamanda ABŞ və digər beynəlxalq tərəfdaşlarla əməkdaşlıq da davam etdirilib.