Elm və təhsil nazirinin müavini Firudin Qurbanov Türkmənistana səfəri çərçivəsində bu ölkənin təhsil nazirinin müavinləri ilə görüşüb. Nazir müavini iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb, görüş zamanı müasir texnologiyaların, eləcə də süni intellektin təhsildə tətbiqinin gücləndirilməsinə dair müzakirələrə xüsusi önəm verib.
#Firudin Qurbanov
Səfər çərçivəsində nazir müavini Türkmənistanın təhsil naziri Cumamırat Qurbangeldiyevin dəvəti əsasında Məhtimqulu adına Türkmən Dövlət Universitetində məktəblilər üçün təşkil edilmiş 3-cü Beynəlxalq Riyaziyyat Olimpiadasının açılış mərasimində iştirak edib. Olimpiada çərçivəsində Firudin Qurbanov şagirdlərin nümayiş etdirdiyi lövhələrə və guşələrə baxış keçirib.
Bunu Elm və təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycan Din Xadimlərinin II Forumu çərçivəsində keçirilən “Rəqəmsal informasiya mühitində dini təhsil və maarifçilik strategiyaları” mövzusunda panel müzakirəsində deyib. O qeyd edib ki, əvvəllər insanlar bütün informasiyaları televiziya və mətbuat vasitəsilə əldə edirdisə, indi hər kəsin internetə çıxışı var: