#Anar Bayramov

Bu gün bp və Azərbaycan Deflimpiya Komitəsi (ADK) arasında Yerli Tərəfdaşlıq haqqında Saziş imzalandı. Sazişə əsasən, bp şirkəti 31 dekabr 2027-ci ilə qədər ADK-nin Azərbaycandakı rəsmi tərəfdaşı kimi fəaliyyət göstərəcək. Sazişi Azərbaycan Respublikası Deflimpiya Komitəsinin İdarə heyətinin sədri Anar Bayramov və bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli imzaladılar.

​14 yanvarda Pakistanın İslamabad şəhərində “ASAN xidmət” mərkəzinin açılış mərasimi keçirilib. Bildirilib ki, mərasimdə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif, Pakistan hökumətinin üzvləri, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak ediblər. ​Azərbaycanın intellektual brendi olan ASAN konsepsiyası əsasında yaradılan mərkəz barədə məlumat verilib.

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi və "Azercell Telecom" MMC-nin tərəfdaşlığı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Sumqayıt Paralimpiya İdman Kompleksində növbəti Uşaq Paralimpiya Oyunları keçirilib.