#UN Condemns Detention of Additional Staff by Houthis in Yemen

Yəməndə Birləşmiş Millətlər Təşkilatının (BMT) daha 10 əməkdaşının husilər tərəfindən saxlanıldığı bildirilib. BMT-nin açıqlamasına əsasən, bununla da Yəməndə husilər tərəfindən saxlanılan BMT əməkdaşlarının ümumi sayı 69-a çatıb. BMT Baş katibinin sözçüsü Stefan Dujarric məsələ ilə bağlı yazılı bəyanat yayıb. Bəyanatda qeyd olunub ki, BMT Baş katibi Antonio Quterres 18 dekabr tarixində daha 10 BMT əməkdaşının özbaşına saxlanılmasını qətiyyətlə pisləyib.