#KKTC

Türkiyənin Xarici İşlər naziri Hakan Fidan Ankarada rəsmi səfərdə olan Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üsteli qəbul edib. Xarici İşlər Nazirliyində baş tutan görüşdə Türkiyə və ŞKTC arasındakı qardaşlıq bağlarının daha da möhkəmləndirilməsi və adadakı son siyasi vəziyyət ətrafında geniş fikir mübadiləsi aparılıb.

Fidan, Kipr türk xalqının böyük fədakarlıqlar və çətin mübarizələr nəticəsində qurduğu KKTC-nin ildönümünü təbrik edib və Kipr məsələsinin ada reallıqları əsasında ədalətli, davamlı və uzunmüddətli həllinin vacibliyini qeyd edib. Onun sözlərinə görə, Kiprdə həll yolu adada iki dövlətin yanaşı şəkildə mövcudluğundan keçir. Bu prosesin irəliləməsi üçün Kipr türklərinin suveren bərabərlik və bərabər beynəlxalq status kimi əsas hüquqlarının tanınması zəruridir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Şimali Kipr Türk Cümhuriyyətinin (KKTC) Prezidenti Erhürman Ankarada birgə mətbuat açıqlaması veriblər. Prezident Ərdoğan çıxışında Kıbrıs məsələsində Türkiyənin prinsipial mövqeyinin dəyişməz olduğunu vurğulayaraq bildirib ki, adada ədalətli, davamlı və reallıqlara uyğun həll yoluna nail olmaq üçün mübarizə KKTC rəhbərliyi ilə sıx koordinasiya şəklində davam etdiriləcək.

Şimali Kipr Türk Respublikasının (KKTC) Prezidenti Ersin Tatar ölkəsinin Türkiyə və Azərbaycanla əlaqələrinin gündən-günə daha da inkişaf etdiyini bildirib. Tatar bu fikirləri 6–7 oktyabrda Azərbaycanın Qəbələ şəhərində keçiriləcək Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvəsi ərəfəsində jurnalistlərə verdiyi açıqlamada səsləndirib.

Türkiyə Milli Müdafiə Nazirliyi (MSB), Cənubi Kipr Rum İdarəsinin (GKRY) İsraildən hava hücumundan müdafiə sistemi tədarük etməsinə dair yayılan xəbərlərlə bağlı narahatlığını ifadə edib. Nazirliyin Mətbuat və İctimaiyyətlə Əlaqələr müşaviri və sözçüsü Tuğamiral Zəki Aktürk, nazirlikdə keçirilən həftəlik mətbuat konfransında bu açıqlamanı səsləndirib. Nazirlik mənbələri bildiriblər ki, Cənubi Kipr tərəfinin davam edən silahlanma cəhdləri və adada sülhü, sabitliyi poza biləcək fəaliyyətləri bölgədə gərginliyi artırmaq riski daşıyır.

Türkiyədə qırmızı bülletenlə axtarılan 6 nəfər və milli səviyyədə axtarılan 4 nəfər xaricdə saxlanılaraq ölkəyə gətirilib. Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib. Onun sözlərinə görə, Bolqarıstan, Polşa, Gürcüstan, Almaniya, Şimali Kipr Türk Respublikası və Livanda aparılan əməliyyatlar nəticəsində axtarışda olan şəxslər saxlanılıb və Türkiyəyə təhvil verilib.