#Əhl-i Rəy

İslam hüquq təfəkkürünün köklərinə endiyimizdə, tarixi inkişafda həlledici olan ilk ayrımın əvvəlcə coğrafi əsaslara söykəndiyini görürük: Əhl-i Hicaz və Əhl-i İraq. Təbii ki, bu bölünmə öz daxilində həm bəlli bir sosyal fərqlilik və buna müvafiq üslub fərqliliyini əks edirməkdə idi. Məhz buna görədə bir müddətdən sonra bu ayrım coğrafi xüsusiyyətindən uzaqlaşaraq yerini metodoloji bir kimliyə vermişdir. Bu metodoloji ayrımın iki əsas axını isə Əhl-i Hədis və Əhl-i Rəy kimi formalaşmışdır.