Türkiyə Respublikası ilə Fələstin Dövləti arasında imzalanmış “Keçici Serbest Ticarət Anlaşması” rəsmi olaraq təsdiqlənib. Bu barədə qərar 18 dekabr 2025-ci il tarixli Resmî Gazetenin 33112 saylı buraxılışında dərc edilib. Qərara əsasən, 25 dekabr 2024-cü ildə keçirilmiş Ortak Komitə iclasında qəbul olunan və 1/2024 saylı qərarla müşayiət edilən notalar Türkiyə hökuməti tərəfindən 5301 saylı Qanunun 1-ci maddəsi və 9 saylı Prezident Kararnaməsinin 2-ci və 3-cü maddələrinə uyğun şəkildə təsdiq olunub.
#Türkiyə Fələstin münasibətləri
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qəzzada İsrail hücumu nəticəsində həyatını itirən 6 yaşlı fələstinli qız Hind Rəcəbin ailə üzvlərini və yaxın qohumlarını qəbul edib.Prezident Administrasiyasının məlumatına görə, qəbul prezident iqamətgahında baş tutub. Görüş zamanı Prezident Ərdoğan ailənin uşaqlarına xüsusi diqqət göstərib, onlarla yaxından maraqlanıb.Qəbulda Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy da iştirak edib. Prezident Ərdoğan, eyni zamanda, görüşdə iştirak edə bilməyən bəzi ailə üzvləri ilə videobağlantı vasitəsilə əlaqə saxlayıb.