#Türkiyə Silahlı Qüvvələri

Türkiyənin aparıcı müdafiə sənayesi şirkəti ASELSAN-ın sosial mediada “Böyük gün, 27 avqust” paylaşımı ilə diqqət çəkən mərasimə Prezident Rəcəb Tayyib Ərdoğan da qatılacaq. Gölbaşı Kampusundakı Oğulbey obyektinin təməlqoyma mərasimi ilə yanaşı, 14 yeni obyektin açılışı baş tutacaq. Ərdoğan mərasimdə Türkiyənin çox qatlı hava hücumundan müdafiə sistemi olan Polad Günbəz layihəsi ilə bağlı mühüm inkişafları elan edəcək.

Türkiyə Milli Müdafiə Nazirliyi, son bir həftə ərzində İraqın şimalındakı sığınacaq bölgələrindən qaçan daha 5 PKK terrorçusunun təslim olduğunu bildirib. Türkiyə Milli Müdafiə Nazirliyi-nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Müşaviri və Nazirliyin sözçüsü Tuğamiral Zeki Aktürk, nazirlikdə keçirilən həftəlik mətbuat brifinqində çıxış edib. Tuğamiral Aktürk, Türkiyə Silahlı Qüvvələrinin ölkənin əmin-amanlığı, təhlükəsizliyi və sabitliyi üçün həyata keçirdiyi əməliyyatlar və axtarış fəaliyyəti barədə məlumat verib.