İran İslamabad Anlaşma Memorandumu üzrə öhdəliklərinin icrasını dayandırdığını açıqlayıb. Qərarı xarici işlər nazirinin müavini Kazım Qəribabadi elan edib. O, ABŞ-ı memorandum çərçivəsindəki öhdəlikləri pozmaqda ittiham edib. İran rəsmisinin sözlərinə görə, ABŞ hücumları davam etdiyi üçün Tehran da sazişin icrasını dayandırıb. Qəribabadi İranın hazırda ölkənin müdafiəsi ilə məşğul olduğunu bildirib. Memorandumun nə vaxta qədər dayandırılacağı açıqlanmayıb. Sənədin yenidən icrasına başlanılması üçün tələb olunan şərtlər də məlum deyil. ABŞ tərəfi İranın qərarına hələlik münasibət bildirməyib.
#diplomatik münasibətlər
Haşemi İsrailin Livanın cənubunda və Qəzzada həyata keçirdiyi hərbi əməliyyatları beynəlxalq ictimaiyyətin faktiki passivliyi ilə izah edib. Onun sözlərinə görə, ABŞ İsrailin bu fəaliyyətini dəstəkləyir, ona silah verir və ərəb dövlətləri diplomatik təzyiq göstərmir. Haşemi vurğulayıb ki, İsrailin bu hərəkətləri “Qəzza-vari” siyasət xarakteri daşıyır və beynəlxalq səviyyədə heç bir məhdudiyyətlə üzləşmir.
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ ilə aparılan danışıqlar fonunda Tehranın yalnız əməli addımlara inandığını bəyan edib. O, İranın beynəlxalq arenada əldə etdiyi nəticələrin siyasi vədlərdən deyil, ölkənin hərbi və raket potensialından qaynaqlandığını bildirib. Qalibaf vurğulayıb ki, qarşı tərəf konkret addımlar atmadan Tehran da heç bir addım atmayacaq. Açıqlama İran–ABŞ münasibətlərində etimad böhranının davam etdiyini və tərəflər arasında aparılan danışıqların hələ də mürəkkəb mərhələdə olduğunu göstərir.
Rusiya təhlükəsizlik rəsmisi Aleksandr Vendiktov regionda gərginliyin yenidən artmaması üçün yeni təhlükəsizlik mexanizmlərinin formalaşdırılmasının vacibliyini vurğulayıb. Moskvanın açıqlaması regional sabitlik və təhlükəsizlik məsələlərinin yenidən diqqət mərkəzinə gəldiyi bir vaxtda səsləndirilib.
Polşanın xarici işlər naziri Ben-Qvirin ölkəyə girişinə qadağa qoyulması üçün Daxili İşlər Nazirliyinə rəsmi müraciət edib. Bu addım İsrailin ifrat sağçı naziri Ben-Qvirin fəaliyyətləri və Qəzza flotiliyası fəallarının Varşavada saxlanması ilə bağlı yaranan narazılıq kontekstində atılıb. Nazirliyin sözçüsü vurğulayıb ki, bu qərar Ben-Qvirin ölkəyə girməsinin qarşısını almaq və Polşanın daxili və xarici siyasət maraqlarını qorumaq məqsədini daşıyır.
Səudiyyə Ərəbistanının xarici işlər naziri Şahzadə Feysəl bin Fərhan bin Abdullah və rusiyalı həmkarı Sergey Lavrov cümə axşamı ölkələri arasında diplomatik münasibətlərin 100 illiyi münasibətilə bir-birini təbrik ediblər. Xarici işlər nazirinin müavini Vəlid Əlxereyci Ər-Riyadda Rusiyanın Krallıqdakı səfiri Sergey Kozlovla görüş zamanı xarici işlər nazirinin adından Lavrovun məktubunu alıb.
Sahibə Qafarova Mariyana Kuyundziç ilə görüşüb