May ayının 28-də Prezident İlham Əliyevin tapşırığına əsasən, Dövlət Sərhəd Xidmətinin, Dövlət Gömrük Komitəsinin və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin rəhbərləri dəmiryolu nəqliyyatı vasitəsilə Azərbaycan–Gürcüstan marşrutu üzrə hərəkət edən yük və sərnişin qatarlarında sərhəd və gömrük nəzarətinin təşkili, rəsmiləşdirmə proseslərinin həyata keçirilməsi, vətəndaş məmnuniyyətinin təmin olunması, habelə təhlükəsizlik tədbirlərinin daha da gücləndirilməsi məqsədilə Yevlax, Gəncə, Ağstafa və Böyük Kəsik dəmiryolu stansiyalarına baxış keçiriblər.
#Dövlət Sərhəd Xidməti (DSX)
Martın 4-də Qars şəhərində Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı, Azərbaycan Respublikasının Qarsdakı Baş Konsulluğu və Qars Valiliyinin dəstəyi ilə Ramazan ayı münasibətilə iftar mərasimi keçirilib.
Fevralın 24-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vətən Müharibəsi Qəhrəmanı, Dövlət Sərhəd Xidmətinin şəhid baş giziri Şahin Allahyarovun ailəsini ziyarət edib.
Bildirilib ki, Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsinin əməkdaşları tərəfindən Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 24 kiloqram 115 qram narkotik vasitənin İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.