#İsrail ordusunun reydi

İsrail qüvvələri Suriyanın cənubunda hərbi əməliyyatlarını davam etdirərək ölkənin Quneytra əyalətinə növbəti dəfə daxil olub. İsrail ordusuna məxsus 12 zirehli texnikadan ibarət hərbi karvan bazar ertəsi Quneytranın cənubunda yerləşən Səida əl-Hənut kəndinə daxil olaraq reyd həyata keçirib. Məlumata görə, İsrail hərbçiləri kənddə bir sıra yaşayış evlərini yoxlayıb, yerli əhaliyə ərzaq paylamağa cəhd göstərsələr də, sakinlər bu təklifi qəbul etməyiblər.

İsrail hərbçiləri işğal altındakı İordan çayının qərb sahilində yerləşən Tuku şəhərində keçirilən reyd zamanı fələstinli yeniyetməni güllələyərək öldürüb. Fələstinin rəsmi xəbər agentliyi WAFA-nın məlumatına görə, İsrail ordusu Beyt-Ləhm şəhərinin cənubunda yerləşən Tuku qəsəbəsində hərbi əməliyyat həyata keçirib. Reyd zamanı israilli hərbçilər tərəfindən açılan atəş nəticəsində 17 yaşlı Əmmar Yasir əs-Sabah həyatını itirib.