#Marmara dənizi zəlzələ riski

Dünyanın ən nüfuzlu elmi jurnallarından olan Science nəşrində dərc edilən yeni araşdırma göstərir ki, Marmara dənizində baş verən zəlzələlər son 15 il ərzində sistemli şəkildə qərbdən şərqə İstanbul istiqamətində irəliləyir. Araşdırma Almaniyanın GFZ Helmholtz Yer Elmləri Mərkəzində aparılıb. Tədqiqatda Ana Marmara Fayı üzərində son illərdə müşahidə olunan seysmik aktivlik ətraflı şəkildə təhlil olunub, İstanbul üçün gözlənilən böyük təhlükənin mexanizmi və fay xəttinin hazırkı gərginlik vəziyyəti izah edilib.