Türkiyə sülh və vasitəçilik sahəsində dünyada öndə gedən ölkələrdən biridir. Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan bu sözləri Türkmənistanın paytaxtı Aşqabatda keçirilən “Beynəlxalq Sülh və Təhlükəsizlik Forumu”nda çıxış edərkən bildirib. Forumda danışan Ərdoğan, Türkmənistanın uğurlarını yaxından izlədiklərini qeyd edərək, “Türkmənistanın hər bir uğurundan qürur duyuruq, sevinirik” deyib. O həmçinin bu torpaqlarda olmaqdan məmnunluğunu ifadə edib.