#Türkiyə Suriya siyasəti

Türkiyə İsrail Baş nazirlik ofisinin Ankara ilə bağlı irəli sürdüyü iddiaları əsassız adlandıraraq, bunun Suriyaya qarşı qanunsuz hava hücumlarını legitimləşdirməyə xidmət etdiyini bildirib. Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsindən verilən açıqlamada İsrailin ittihamlarının həqiqəti əks etdirmədiyi vurğulanıb. Bildirilib ki, bu iddialar İsrailin Suriyanın suverenliyi və ərazi bütövlüyünə qarşı həyata keçirdiyi hava hücumlarına bəraət qazandırmaq məqsədi daşıyır.

Türkiyə Xarici işlər naziri Hakan Fidan bu gün Suriya Xarici İşlər naziri Əsəd Həsən əş-Şeybani ilə telefon danışığı aparıb. Danışıq zamanı Hələb şəhərində baş verən son hadisələr müzakirə edilib. Türkiyə XİN-in mənbələrindən verilən məlumata görə, Hakan Fidan Suriya Xarici İşlər naziri Əsəd Həsən əş-Şeybani ilə telefon əlaqəsi saxlayıb. Görüşdə Hələbdə yaşanan son hadisələr diqqət mərkəzində olub.

Türkiyənin xarici işlər naziri Hakan Fidan, Suriyanın bərpası və bölgədəki siyasi proseslərlə bağlı mühüm açıqlamalar verib. Onun sözlərinə görə, ölkənin tamamilə normallaşması, infrastrukturun yenilənməsi və əsas ehtiyacların qarşılanması üçün tələb olunan vəsait iki yüz on altı milyard dollar olaraq hesablanıb. SETA-da keçirilən “Suriya: Toparlanma və Yenidən İnşa” mövzusundakı tədbirdə çıxış edən Fidan, Suriyada uzun illər davam edən dağıntının miqyasının böyük olduğunu, rejimin müharibə dayandıqdan sonra ölkənin nə qədər çökdüyünü gördüyünü bildirib.

Suriya xalqının illərlə davam edən azadlıq mübarizəsini simvolizə edən 8 Dekabr “Azadlıq Günü” Suriyada demokratik dəyişikliklərə, insan hüquqlarına və milli dirəniş iradəsinə həsr olunmuş gün kimi qeyd olunur. Bu gün Suriya cəmiyyətinin onilliklər boyu davam edən siyasi basqılara, azadlıqların məhdudlaşdırılmasına və ağır humanitar itkilərə baxmayaraq nümayiş etdirdiyi müqavimətin tarixi və simvolik ifadəsi hesab olunur.