İran Çin Prezidenti Si Cinpinin Yaxın Şərqdə sülh və sabitliyin qorunmasına yönəlmiş dörd maddəlik təşəbbüsünü dəstəklədiyini açıqlayıb. İranın Çindəki səfiri Əbdolreza Rəhmani Fəzli bildirib ki, Pekinin planı Fars körfəzi regionunda davamlı təhlükəsizlik və ortaq inkişaf məqsədi daşıyır. Məsələ İran və Çin xarici işlər nazirləri arasında keçirilən görüşdə də müzakirə olunub. Çin son dövrlərdə Yaxın Şərqdə diplomatik rolunu gücləndirməyə çalışır.
#Zayed bin Hamdan bin Zayed Əl Nəhyan
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan yanvarın 29-da Rusiya Federasiyasına rəsmi səfər edəcək. Görüş zamanı Rusiya–BƏƏ əməkdaşlığının əsas istiqamətləri, o cümlədən iqtisadi, enerji və investisiya sahələrində qarşılıqlı əlaqələr, eləcə də Yaxın Şərqdəki mövcud vəziyyət və beynəlxalq gündəmdə duran digər məsələlər müzakirə olunacaq.
Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 6-da BƏƏ-nin “2PointZero”, “International Holding Company” və “International Resources Holding” şirkətlərinin rəhbərlərini qəbul edib.