#Ankara enerji diversifikasiyasını sürətləndirir — ABŞ-la böyük LNG sazişi gündəmdə

Türkiyə enerji təhlükəsizliyini şaxələndirmək məqsədilə Rusiyadan qaz idxalına dair mövcud müqavilələri bir il müddətinə uzadıb və paralel olaraq ABŞ qaz hasilatı sektoruna sərmayə yatırmağı planlaşdırır. Bunu energetika naziri Alparslan Bayraktar İstanbulda jurnalistlərə açıqlamasında bildirib.