#Türkiyənin yeni enerji strategiyası: Moskva ilə müqavilə

Türkiyə enerji təhlükəsizliyini şaxələndirmək məqsədilə Rusiyadan qaz idxalına dair mövcud müqavilələri bir il müddətinə uzadıb və paralel olaraq ABŞ qaz hasilatı sektoruna sərmayə yatırmağı planlaşdırır. Bunu energetika naziri Alparslan Bayraktar İstanbulda jurnalistlərə açıqlamasında bildirib.