10 fevral 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) rəhbərliyi Beynəlxalq Valyuta Fondunun (IMF) Azərbaycan üzrə missiyasının nümayəndə heyəti ilə görüş keçirib. Görüş çərçivəsində Bakı Fond Birjasının İdarə Heyətinin sədri Ruslan Xəlilov IMF-in Azərbaycan üzrə missiya rəhbəri Anna Bordon ilə “Maliyyə bazarları: son inkişaflar, islahat istiqamətləri və Azərbaycanda maliyyə dərinləşməsi perspektivləri” mövzusu ətrafında geniş fikir mübadiləsi aparıb.
#Ruslan Xəlilov
Bakı Fond Birjası (BFB) və “PwC Azərbaycan” Azərbaycanın kapital bazarlarının inkişafının dəstəklənməsi və ölkənin maliyyə ekosisteminin gücləndirilməsi məqsədilə Anlaşma Memorandumu imzalayıb.
2–3 dekabr 2025-ci il tarixlərində Azərbaycan Karbon Bazarı üzrə Vorkşop Bakı Fond Birjası (BFB), Böyük Britaniyanın Bakıdakı Səfirliyi və TheCityUK tərəfindən birgə təşkil olunaraq BFB-də keçirilib.