#Qarabağ səfəri iki ölkə arasında yeni dövrün başlanğıcı oldu

“Bu ilin sentyabrında Əlahəzrət Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın Qarabağa tarixi səfəri bizim dostluğumuzu, həmrəyliyimizi və strateji tərəfdaşlığımızı əyani şəkildə nümayiş etdirdi. Səfər zamanı əməkdaşlığımızı yeni mərhələyə qaldıran bir sıra mühüm sənədlər imzalanıb, Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında hərtərəfli strateji tərəfdaşlıq münasibətləri haqqında Birgə Bəyannamə xüsusi əhəmiyyət kəsb edən sənədə çevrilib”.