Sentyabrın 23-də Heydər Əliyev Mərkəzində 3-cü Nəsimi - şeir, mənəviyyat və incəsənət festivalının açılışı olub. Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, ICESCO-nun tərəfdaşlığı ilə keçirilən festival "Əbədi həqiqət axtarışında" mövzusunda beynəlxalq forumla işinə başlayıb.
#Şimali Kİpr Türk Respublikası
Türkiyə Milli Müdafiə Nazirliyi (MSB), Cənubi Kipr Rum İdarəsinin (GKRY) İsraildən hava hücumundan müdafiə sistemi tədarük etməsinə dair yayılan xəbərlərlə bağlı narahatlığını ifadə edib. Nazirliyin Mətbuat və İctimaiyyətlə Əlaqələr müşaviri və sözçüsü Tuğamiral Zəki Aktürk, nazirlikdə keçirilən həftəlik mətbuat konfransında bu açıqlamanı səsləndirib. Nazirlik mənbələri bildiriblər ki, Cənubi Kipr tərəfinin davam edən silahlanma cəhdləri və adada sülhü, sabitliyi poza biləcək fəaliyyətləri bölgədə gərginliyi artırmaq riski daşıyır.
Azərbaycanda “Orta Asiya və Cənubi Qafqaz Söz Azadlığı Şəbəkəsi” (CASCFEN) İctimai Birliyi tərəfindən, Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə təşkil edilən “Türk Dünyası: Ortaq Mirasdan Ortaq Gələcəyə Doğru” adlı beynəlxalq konfrans geniş iştirakla baş tutub.
Türkiyə Böyük Millət Məclisinin (TBMM) Sədri Numan Kurtulmuş, İsrailin işğalçılıq və genişlənmə siyasətinə toxunaraq bildirib ki, son zamanlarda Cənubi Kiprdə müəyyən hərbi bazalara dəstək verilməsi və hərbi texnika və sursatların ora göndərilməsi Türkiyə tərəfindən diqqətlə və həssaslıqla izlənilir. Kurtulmuş bu fikirləri Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya, Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Daxili İşlər Naziri Dursun Oğuz və ŞKTC-dən gəlmiş yerli idarəetmə nümayəndələrin qəbulunda səsləndirib.
Türk Dövlətləri Təşkilatı (TDT) və Türk Dil Qurumunun (TDQ) birgə təşkilatçılığı ilə ənənəyə çevrilmiş “Dildə, Fikirdə, İşdə Birlik Türk Dünyası Ədəbiyyat Mükafatları” bu il 26 sentyabrda sahiblərinə təqdim ediləcək. Tədbirə Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım sədrlik edəcək. Açılış çıxışlarını Binəli Yıldırım, qurumun rəhbəri professor Dərya Örs və Türk Dil Qurumunun sədri professor Osman Mert edəcəklər.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kipr Türk Cümhuriyyətinə səfərindən qayıdarkən jurnalistlərin suallarını cavablandırıb və Suriya məsələsi ilə bağlı önəmli açıqlamalar verib.
Zəngəzur Dəhlizi təkcə Azərbaycan, Ermənistan və Türkiyə üçün deyil, bölgədəki digər ölkələr üçün də faydalı olacaq. Biz bu dəhlizi həmçinin geo-iqtisadi baxımdan son dərəcə önəmli bir məsələ kimi görürük.
Kipr sülh hərəkatı, Kipr türklərinə qarşı həyata keçirilən sistemli hüquq pozuntuları qarşısında, zəmanətçi öhdəliklər çərçivəsində atılmış qanuni bir addımdır. Bu hərəkat, Kiprli qardaşlarımızla birlikdə Enozis xəyalları quranları məyus etmişdir. Ada sülh və əmin-amanlığa qovuşmuşdur.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan beynəlxalq ictimaiyyəti Şimali Kipr Türk Respublikasını (KKTC) tanımağa və bu ölkəylə diplomatik, siyasi və iqtisadi əlaqələri inkişaf etdirməyə çağırıb.
Türkiyədə qırmızı bülletenlə axtarılan 14 nəfər və milli səviyyədə axtarılan bir nəfər olmaqla, ümumilikdə 15 nəfər Gürcüstan, Almaniya, Yunanıstan, Belçika, Serbiya və Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTC) saxlanılaraq Türkiyəyə təhvil verilib.
Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan Sülh və Azadlıq Günü və Kipr Sülh Hərəkatının 51-ci ildönümü münasibətilə keçiriləcək mərasimlərdə iştirak etmək üçün Şimali Kipr Türk Respublikasına (KKTC) gedəcək.
Suriya problemini həll etmək suriyalılara məxsusdur.