#14 illik fasilədən sonra Suriya

Suriya 14 illik fasilədən sonra İspaniyanın Barselona şəhərində keçirilən “Aralıq dənizi üçün Birlik” 10-cu Regional Forumunda yenidən iştirak edib. Suriya Xarici İşlər Nazirliyinin yaydığı yazılı açıqlamada bildirilib ki, ölkə uzun fasilədən sonra tam üzvlüyünün bərpası ilə forum çərçivəsində keçirilən nazirlər toplantısına qatılıb. Nazirlik bu iştirakın Suriyanın regional dialoqdakı rolunun bərpası, həmçinin bölgədə genişmiqyaslı əməkdaşlığın gücləndirilməsi baxımından mühüm addım olduğunu vurğulayaraq, bununla bağlı məmnunluğunu ifadə edib.