#Papa Fransiskin musiqi layihəsi gənclər arasında maraq doğurdu

27 noyabr 2015-ci ildə xristian dünyasında gözlənilməz bir hadisə baş verdi: sadəliyi, humanizmi və cəmiyyətin ən həssas təbəqələrinə diqqəti ilə tanınan Papa Fransisk “Wake Up! Music Album with His Words and Prayers” adlı musiqi albomunu təqdim etdi. Albomda pontifikin çıxışları proqressiv rok, kilsə musiqisi və dini ilahilərlə birləşdirilib.