Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyi ləğv edilib. Bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov müvafiq Fərman imzalayıb. Sənədə əsasən, Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində "Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyi" publik hüquqi şəxs ləğv edilib. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyi" publik hüquqi şəxsin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini təmin etməlidir.
#Naxçıvan
ADY Naxçıvan Muxtar Respublikasında dəmir yolu xəttinin tikintisini davam etdirir. Layihə çəriçivəsində 10 stansiyanın yenidən qurulması, 814 mühəndis qurğusunun, o cümlədən 29 körpü, 4 tunel və 12 qalereyanın inşası nəzərdə tutulur.
Naxçıvan Beynəlxalq Hava Limanının fəaliyyəti bu gün Bakı vaxtı ilə saat 18:00-dan etibarən bərpa ediləcək. Qeyd edilib ki, ilkin olaraq daxili istiqamət bərpa olunur. Məlumatda vurğulanıb ki, hazırda hava limanının dron zərbəsindən zərər görmüş hissələrində təmir işləri aparılmaqdadır. Qeyd edək ki, martın 5-də Naxçıvan Beynəlxalq Hava Limanına dron hücumu olub. İran ərazisindən uçan dron aeroportun binasına və Babək rayon Şəkərabad kənd tam orta məktəbin yaxınlığına düşərək partlayıb.
ABŞ İranın Naxçıvana pilotsuz təyyarələrinin hücumlarını pisləyib. Bu barədə ABŞ-nin Bakıdakı səfirliyinin "X" sosial şəbəkəsindəki paylaşımında məlumat verilib. "ABŞ 5 mart tarixində İran tərəfindən Naxçıvana qarşı həyata keçirilmiş pilotsuz uçuş aparatları ilə hücumları qətiyyətlə pisləyir və Azərbaycan xalqı ilə tam həmrəy olduğunu bildirir.
Məlum olduğu kimi, Naxçıvan Beynəlxalq Hava Limanında uçuşlar müvəqqəti dayandırılıb. Azərbaycan vətəndaşlarının paytaxtdan Naxçıvana və əks istiqamətə səfərlərini təşkil etmək məqsədilə Bakıdan Türkiyənin İğdır şəhərinə aviareyslər təşkil olunur.
Moldova Naxçıvan Muxtar Respublikasında mülki infrastruktura qarşı son hücumlar fonunda mülki obyektlərin vurulmasını və dinc sakinlərə yetirilən xəsarətləri qətiyyətlə pisləyir.
Martın 6-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Türkiyə Respublikasının Vitse-prezidenti Cevdet Yılmaz arasında telefon danışığı olub.
Edi Rama Naxçıvana qarşı İran tərəfindən həyata keçirilən hücumu qəti şəkildə pisləyib.
Azərbaycan Körfəz regionunda yerləşən bəzi kiçik dövlətlərdən biri deyil. Azərbaycan Qarabağ zəfərini qazanmış, quruda və havada regional güc olan dövlətdir. Hər kəs hesabını buna uyğun aparmalıdır. Onun sözlərinə görə, Azərbaycan Qarabağ müharibəsində əldə etdiyi qələbə ilə həm quruda, həm də havada ciddi hərbi imkanlara malik olduğunu nümayiş etdirib.
Fransa Naxçıvan Beynəlxalq Hava Limanına İran dronlarının hücumunu pisləyib.
S.Mikayılova bildirib ki, bu hücumun bütün siyasi və hüquqi məsuliyyəti birbaşa İran tərəfinin üzərinə düşür.
İranın bu gün günorta saatlarında Naxçıvana qarşı həyata keçirdiyi dron hücumları Azərbaycanın təhlükəsizliyinə və ərazi bütövlüyünə qarşı qəbuledilməz bir addımdır.