Türkiyə Daxili İşlər Nazirliyi tərəfindən verilən məlumata görə, əməliyyat nazirliyinin İnterpol‑Europol Dairəsi, Narkotik Cinayətlərə Qarşı Mübarizə və Kəşfiyyat İdarələri, BƏƏ təhlükəsizlik qurumları və İstanbul Baş Polis İdarəsinin birgə koordinasiyası ilə həyata keçirilib.
#narkotik
Türkiyədə son iki həftə ərzində aparılan genişmiqyaslı narkotik əməliyyatları çərçivəsində 1 ton 183 kiloqram narkotik maddə və 2 milyon 790 min ədəd həblər müsadirə edilib. Əməliyyatlar İstanbul, Ankara, İzmir, Adana, Qaziantep, Diyarbəkir, Antalya, Bursa, Mersin, Samsun və ümumilikdə 74 şəhərdə keçirilib.
ABŞ prezidenti Donald Tramp Karib dənizinin cənubunda Venesueladan çıxış edən sürət qayığına qarşı həyata keçirilən hərbi əməliyyat nəticəsində “Tren de Aragua” qrupuna məxsus 11 nəfərin öldürüldüyünü açıqlayıb. Yayımladığı mesajında hücumun beynəlxalq sularda baş verdiyini və əməliyyatda ABŞ hərbçilərinin itki vermədiyini bildirib.
Diyarbəkir şəhər polis idarəsi narkotiklə mübarizə şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyatlarda 14 nəfər barəsində həbs qətimkan tədbiri seçilib. Əməliyyatlar əsasən narkotik alverini təşkil edən və küçə satıcıları üzərində cəmləşib.
İstanbulun Esenler və Bağcılar rayonlarında həyata keçirilən genişmiqyaslı əməliyyat zamanı polis əməkdaşları tərəfindən 750 min ədəd narkotik həb ələ keçirilib, 3 nəfər şübhəli saxlanılıb. Açıqlamada bildirib ki, əməliyyat zamanı hədəf olaraq 1 avtomobil və 4 ünvan müəyyənləşdirilib.
İstanbulun Ümraniyə və Tuzla rayonları, həmçinin Kocaelinin Gebze bölgəsində həyata keçirilən əməliyyatlar zamanı 3 milyon 40 min 771 ədəd narkotik həblə 52,5 kiloqram qatqı maddəsi ələ keçirilib. Əməliyyatlar Türkiyə Daxili İşlər Nazirliyi Narkotik Cinayətlərlə Mübarizə Baş İdarəsinin koordinatorluğu və İstanbul Narkotik Cinayətlərlə Mübarizə Şöbəsinin iştirakı ilə aparılıb.
İstanbulun Esenyurt rayonunda polis əməkdaşlarının həyata keçirdiyi genişmiqyaslı əməliyyat zamanı 207 kiloqram metamfetamin və 98 kiloqram kimyəvi maddə ələ keçirilib.
ABŞ-ın baş prokuroru Pam Bondi sosial şəbəkədə yayımlanan videomüraciətində Maduronu mütəşəkkil cinayətkar qruplaşmalarla əməkdaşlıqda ittiham edib. Dövlət Departamenti bildirib ki, Vaşinqton bundan əvvəl Maduro ilə bağlı məlumat üçün 25 milyon dollar mükafat təklif edirdi. Qeyd edək ki, Nikolas Maduro 2013-cü ildən Venesuela prezidentidir və ABŞ administrasiyası uzun müddətdir onu korrupsiya və narkotik qaçaqmalçılığı ilə əlaqədar ittiham edir.
Türkiyənin Daxili İşlər Nazirliyi ölkə miqyasında narkotiklərlə mübarizə çərçivəsində genişmiqyaslı əməliyyatlar həyata keçirib.
Türkiyənin 72 şəhəində keçirilən genişmiqyaslı əməliyyatlar zamanı 1933 şübhəli saxlanılıb.
İstanbul mərkəzli olmaqla ölkənin 6 şəhərində və Norveçin paytaxtı Osloda aparılan narkotik əməliyyatları nəticəsində ümumilikdə 365 kiloqram narkotik vasitə ələ keçirilib, 26 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin İrandan narkotik vasitələrin tranzitində, dövriyyəsində və kiberdələduzluqda bağlı keçirdiyi əməliyyat nəticəsində saxlanılan Rusiya vətəndaşlarının məhkəməsi keçirilir.