#Cefri Epşteyn

Böyük Britaniya Kralı III Çarlz, qardaşı Şahzadə Endryunun cinsi cinayətlərdə ittiham olunan Ceffri Epşteyna gizli məlumatlar ötürdüyü iddiaları ilə bağlı polis araşdırmasına dəstək verməyə hazır olduğunu bildirib. İddialar, ABŞ Ədliyyə Nazirliyinin yayımladığı yeni Epşteyn sənədlərinin ardından yenidən gündəmə gəlib. ABŞ-da yayımlanan son dosyelərə görə, Şahzadə Endryunun 2010-cu ildə Epşteyna bəzi "gizli" materiallar göndərdiyi irəli sürülür.

ABŞ Ədliyyə Nazirliyi Cefri Epşteynlə bağlı istintaq çərçivəsində 3 milyondan çox yeni sənədi ictimaiyyətə açıqlayıb. ABŞ Ədliyyə Nazirinin müavini Todd Blanşın verdiyi məlumata əsasən, Epşteyn işi üzrə əlavə sənədlərin dərc edilməsi şəffaflığın təmin olunması məqsədi daşıyır. Yeni açıqlanan materiallar arasında müxtəlif elektron yazışmalar, qeydlər və əlaqə məlumatları yer alır.