#Bərpaolunan enerji investisiyaları

Türkiyə Enerji və Təbii Sərvətlər Naziri Alparslan Bayraktar Dünya Bankı Avropa və Orta Asiya üzrə vitse-prezidenti Antonella Bassani ilə aparılan görüşdə ilkin mərhələdə 6 milyard dollarlıq maliyyə paketi üzərində işlərə start verilməsi barədə razılıq əldə olunduğunu açıqlayıb. Nazir sosial media paylaşımında bildirib ki, maliyyə vəsaiti yüksək voltajlı elektrik ötürmə yatırımlarında istifadə olunacaq və Türkiyənin 2035-ci il üçün müəyyən etdiyi 120 min meqavatlıq günəş və külək enerjisi hədəfinə töhfə verəcək.

Azərbaycan COP sədrliyini Braziliyaya təhvil verdikdən sonra da iqlim diplomatiyası sahəsində fəal qalmağa davam edir. COP29 çərçivəsində və COP30-a hazırlıq dövründə ölkələr arasında qazandığı etimad sayəsində COP prosesi çərçivəsində vacib missiyalar Azərbaycana həvalə olunur. Bu xüsusda, COP29 çərçivəsində qəbul edilmiş Bakı Maliyyə Hədəfi qərarına uyğun olaraq Azərbaycan və Braziliya COP29 və COP30 sədrlikləri olaraq qlobal iqlim maliyyəsinin 1.3 trilyon ABŞ dollarına yüksəldilməsinə dair “Bakıdan Belemə Yol Xəritəsi”ni hazırlayaraq COP30 çərçivəsində təqdim etmişdir. COP-un iki Sədrliyinin birlikdə hazırladığı bu yol xəritəsi əksər dövlətlər tərəsindən yüksək dəyərləndirilmiş və müsbət qarşılanıb.