Tarix bu gün Yaxın Şərqi atəşə tutan regional müharibələrə, qlobal sülhü sarsıdan qətliamlara və kosmik fəlakətlərə şahidlik edib.
#COP29 sonrası diplomatik missiyalar
Azərbaycan XİN Türkiyə və Avstraliyanı təbrik edib.
Azərbaycan COP sədrliyini Braziliyaya təhvil verdikdən sonra da iqlim diplomatiyası sahəsində fəal qalmağa davam edir. COP29 çərçivəsində və COP30-a hazırlıq dövründə ölkələr arasında qazandığı etimad sayəsində COP prosesi çərçivəsində vacib missiyalar Azərbaycana həvalə olunur. Bu xüsusda, COP29 çərçivəsində qəbul edilmiş Bakı Maliyyə Hədəfi qərarına uyğun olaraq Azərbaycan və Braziliya COP29 və COP30 sədrlikləri olaraq qlobal iqlim maliyyəsinin 1.3 trilyon ABŞ dollarına yüksəldilməsinə dair “Bakıdan Belemə Yol Xəritəsi”ni hazırlayaraq COP30 çərçivəsində təqdim etmişdir. COP-un iki Sədrliyinin birlikdə hazırladığı bu yol xəritəsi əksər dövlətlər tərəsindən yüksək dəyərləndirilmiş və müsbət qarşılanıb.