Leyla Əliyeva Qəbələ rayonunda rəssam Yəhya Cəlilovun ilk fərdi sərgisinin açılışında iştirak edib.
#IDEA İctimai Birliyi
Leyla Əliyevanın təşəbbüsü ilə Suraxanı rayonunun Hövsan qəsəbəsində yeni nümunəvi ictimai çimərlik istifadəyə verilib. Təxminən 5 hektar ərazini əhatə edən istirahət məkanı tamamilə ödənişsizdir. Çimərlikdə sakinlərin rahatlığı üçün xilasetmə məntəqələri, kölgəliklər, duş və soyunub-geyinmə otaqları, sanitar qovşaqlar və oyun meydançaları yaradılıb. Əlilliyi olan şəxslərin rahat hərəkəti üçün xüsusi yollar və panduslar inşa edilib. Bu, IDEA İctimai Birliyi tərəfindən yaradılan yeddinci nümunəvi ictimai çimərlikdir. Daha əvvəl Şıx, Goradil, Novxanı, Buzovna, Pirşağı və Sahil qəsəbələrində oxşar çimərliklər istifadəyə verilmişdi. IDEA sakinləri sahillərin təmizliyinə riayət etməyə və suda təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb.
Mərkəzi Nəbatat Bağında açıq hava formatında təşkil olunmuş festivalda Leyla Əliyeva və Alona Əliyeva da iştirak ediblər.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2026”da mükafatlandırma mərasimi olub. Marafonun “Sea Breeze” ərazisindəki finiş zonasında qaliblərə medalları Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva təqdim edib.
Leyla Əliyeva və Arzu Əliyeva "ABAD" Keramika və Tətbiqi Sənət Mərkəzi ilə tanış olublar.
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə bir sıra tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər.
Ziyarət zamanı məscidin imamı Vüqar Məmmədov Leyla Əliyevaya və Arzu Əliyevaya Xan məscidi kompleksi barədə ətraflı məlumat verib
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə Sosial Xidmətlər Agentliyinin 6 saylı uşaq evi sosial xidmət müəssisəsini ziyarət ediblər.
IDEA İctimai Birliyinin və "Reza Visual Academy"in təşəbbüsü ilə "FotoBax" adlı milli fotomüsabiqəsi keçirilir.
“Yaşıl marafon” kütləvi ağacəkmə kampaniyasının növbəti ağacəkmə aksiyası Gədəbəy rayonunda təşkil edilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evi sosial xidmət müəssisələrinin uşaqları üçün sosial-emosional öyrənmə proqramı həyata keçirilir.
Martın 28-də “Yer saatı” beynəlxalq kampaniyasının Azərbaycan üzrə rəsmi əlaqələndiricisi olan IDEA İctimai Birliyinin və Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) birgə təşkilatçılığı ilə “Yer saatı 2026” (Earth Hour 2026) beynəlxalq kampaniyasına həsr olunmuş kütləvi aksiya keçirilib. Kampaniyaya qoşulan 80-ə yaxın qurum və təşkilat yerli vaxtla saat 20:30-dan başlayaraq inzibati binalarının fasad işıqlarını bir saatlıq söndürüblər. Bununla yanaşı, ölkəmizin müxtəlif şəhər və rayonlarında yaşayan yüzlərlə gənc də fərdi olaraq bu aksiyaya qoşulmaqla, ətraf mühitin mühafizəsi istiqamətində həmrəylik nümayiş etdirib.