#Bu gün ilk Mercedes test yürüşünə çıxarıldı

22 noyabr 1900-cü il, Almaniyanın Cannstatt şəhərində avtomobil tarixinin əlamətdar günü kimi yadda qaldı. Mercedes adı altında istehsal edilən ilk avtomobil öz ilk test yürüşünü keçirdi. Bu nəqliyyat vasitəsi, sürət və dizayna vurğun olan iş adamı Emil Jellinek üçün xüsusi olaraq hazırlanmışdı.