Yaponiya televiziya sənayesinin ən uğurlu layihələrindən biri olan “VIVANT” serialının ikinci mövsümünün çəkilişləri Azərbaycanda uğurla tamamlanıb. Serial Tokyo Broadcasting System Television (TBS Television) tərəfindən istehsal olunub. Ekran əsərinin rejissoru Yaponiyanın tanınmış kino mütəxəssisi Katsuo Fukuzavadır.