#Milli komandanın hazırlıq mərkəzi

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Mingəçevir şəhərinə səfəri çərçivəsində avarçəkmə bazası ilə tanış olub. Leyla Əliyevaya Kür çayı üzərində salınmış “Kür” Olimpiya Tədris-İdman Mərkəzinin fəaliyyəti, burada yaradılan infrastruktur, idmançıların hazırlıq prosesi və qazanılan nailiyyətlər barədə ətraflı məlumat verilib. Bildirilib ki, “Kür” Olimpiya Tədris-İdman Mərkəzi Avropada, eləcə də MDB məkanında bənzəri olmayan avarçəkmə bazalarından biridir.