#Vüqar Novruzov

Göygöldə V Milli Yaylaq Festivalının təntənəli açılışı keçirilib. Tədbirdə dövlət rəsmiləri milli-mənəvi dəyərlərin qorunmasının vacibliyini vurğulayıblar. Festivalın artıq ənənəvi və beynəlxalq xarakter aldığı bildirilib. Açılışdan sonra konsert proqramı təqdim olunub. Ziyarətçilər üçün milli idman növləri, xalçaçılıq və sənətkarlıq sərgiləri, folklor çıxışları təşkil edilib. Festivalda milli mətbəx nümunələri və "Yaylaq süfrəsi" də nümayiş etdirilir. Tədbir yerli və xarici turistlərin böyük marağına səbəb olub.

Göygöl rayonunda “Qərbi Azərbaycan irsi – tarixi köklərə qayıdış” festivalı keçirilib. Tədbir “Xan Yurdu” etnoqəsəbəsində Qərbi Azərbaycan İcması və Göygöl Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutub. Festivalda dövlət və ictimaiyyət nümayəndələri iştirak ediblər. Qərbi Azərbaycanın tarixi, mədəni irsi və etnoqrafiyası sərgilərdə nümayiş etdirilib. Çıxışlarda milli yaddaşın qorunması və qayıdış konsepsiyası vurğulanıb. Tədbirdə konsert proqramı və mədəni çıxışlar təqdim olunub. Festival xatirə şəkilləri ilə yekunlaşıb.