"Wall Street Journal" qəzetinin İranın Əmək və Sosial Rifah Nazirliyinin yüksək rütbəli rəsmisinə istinadən yaydığı məlumata görə, davam edən hərbi əməliyyatlar ölkənin əmək bazarında fəlakətli vəziyyət yaradıb. İlkin rəsmi qiymətləndirmələrə görə, müharibənin başlanmasından bəri 2 milyona yaxın iranlı gəlir mənbəyini itirib.
#ABŞ–İran münasibətlərinin İslam inqilabından əvvəlki tarixi
ABŞ Vitse-prezidenti Cey Di Vens "Washington Post" qəzetinə verdiyi müsahibədə bildirib ki, Prezident Donald Tramp İran məsələsində hələ son qərarını verməyib. Vens vurğulayıb ki, ABŞ keçmişdəki hərbi müdaxilə səhvlərini təkrarlamamağa çalışır, lakin bu, Vaşinqtonun lazım gələrsə hərbi gücdən istifadə etməyəcəyi anlamına gəlmir. "Orta Şərqdə illərlə sürəcək və sonu görünməyən bir müharibənin içində olacağımıza ehtimal yoxdur" deyən Vens, mümkün hərbi zərbələrin dəqiq və nəticəyönümlü olacağına işarə edib.
Amerika və İran arasındakı gərginliyin bölgəni yeni bir çatışmaya sürükləmədən azaldılması üçün əlimizdən gələni edirik. İrana hərbi müdaxiləyə qarşı olduğumuzu net şəkildə ortaya qoyduq və bunu həmsöhbətlərimizə çatdırdıq. Bu sözləri Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanı və Misirə səfərlərindən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırarkən qeyd edib. Prezident Ərdoğan ABŞ Prezidenti Donald Tramp ilə görüşdüyünü, dərhal ertəsi gün isə İran Prezidenti Məsud Pezeşkian ilə danışıqlar apardığını qeyd edib.
Livanın baş naziri Navaf Salam çərşənbə axşamı verdiyi açıqlamada ölkəsinin yeni bir münaqişəyə cəlb olunmasına imkan verməyəcəyini bildirib. Bu bəyanat Hizbullah qruplaşmasının "İrana qarşı hər hansı hücum bizə qarşı hücumdur" xəbərdarlığından sonra səsləndirilib. Dubayda keçirilən Dünya Hökumətlər Sammitində çıxış edən Navaf Salam Hizbullah lideri Şeyx Naim Qasemin ötən həftəki şərhləri ilə bağlı sualı cavablandırıb. Baş nazir kəskin şəkildə vurğulayıb ki, hökumət heç kimin ölkəni yeni bir "macəraya" sürükləməsinə əsla icazə verməyəcək.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ABŞ-ın İrana hərbi hücuma hazırlaşması ilə bağlı iddialara sərt cavab verib. Bəqayi həftəlik mətbuat konfransında Tehranın istənilən təcavüzə "genişmiqyaslı və peşmanedici" cavab verəcəyini bəyan edib. ABŞ-ın hücum planları ilə bağlı sualı cavablandıran Bəqayi bildirib: "İran həm öz potensialına və imkanlarına, həm də keçmiş təcrübələrinə, o cümlədən iyun ayında baş verənlərə güvənir. Hazırda daha güclü vəziyyətdəyik. İran hər cür hücuma genişmiqyaslı qarşılıq verəcək".
ABŞ Prezidenti Donald Tramp İranla hər hansı formada ticarət əlaqələri quran bütün ölkələrin ABŞ-la ticarətində 25 faiz dərəcəsində gömrük rüsumu ilə üzləşəcəyini bildirib. Tramp bu barədə "Truth Social" platformasında paylaşım edib. O bildirib ki, İran İslam Respublikası ilə iş görən istənilən ölkə dərhal qüvvəyə minmək şərtilə ABŞ-la apardığı bütün ticarət əməliyyatlarına görə 25 faiz rüsum ödəyəcək. Bu qərarın qəti olduğunu vurğulayan Tramp rüsumun tətbiqi üçün hansı hüquqi mexanizmdən istifadə ediləcəyi barədə əlavə təfərrüat verməyib.
1977-ci il noyabrın 15-də ABŞ Prezidenti Cimmi Karter İran şahı Məhəmməd Rza Pəhləvini və onun həyat yoldaşı, imperatriça (və ya “Şahbanu”) Fərəh Pəhləvini Vaşinqtonda qarşılayıb.