Sudanda sülhün bərpası və beynəlxalq səylərin əlaqələndirilməsi məqsədilə Misirdə keçirilən yüksək səviyyəli görüşdə Türkiyə müşahidəçi statusunda təmsil olunub. Türkiyə Xarici İşlər Nazirliyindən alınan məlumata görə, Qahirədə Birləşmiş Millətlər Təşkilatı (BMT) ilə əməkdaşlıq çərçivəsində "Sudanda Sülh Təşəbbüsləri və Səylərin Koordinasiyasının Təkmilləşdirilməsinə dair Beşinci Məşvərət Zirvəsi" keçirilib. Bu diplomatik tədbirdə Türkiyəni xarici işlər nazirinin müavini, səfir Musa Kulaklıkaya təmsil edib.