#Texnologiya və telekommunikasiya

Noyabrın 12-də Aşqabad Ticarət və Sənaye Palatasının sərgi mərkəzində "Türkmentel-2025" Beynəlxalq Sərgisinin açılışı olub. Sərgidə bir çox ölkələrlə yanaşı, Türkmənistandan 200-dən çox təmsilçi iştirak edib. Tədbirdə Azərbaycan şirkətləri də təmsil olunub. "Delta Telecom" şirkəti sərginin platinium sponsoru qismində çıxış edib və öz stendi ilə iştirakçılara təqdim olunub. Həmçinin "Azerconnect" və "AzerTelecom" şirkətlərinin nümayəndələri də sərgidə iştirak ediblər.