İsrailin atəşkəs razılaşmasını pozaraq Qəzza zolağının mərkəzində, Megazi qaçqın düşərgəsinin şərqində toplaşan mülki şəxsləri hədəf alan hava hücumu nəticəsində 7 fələstinli həyatını itirib. Tibbi mənbələrdən alınan məlumata görə, Megazi qaçqın düşərgəsinin şərqindəki mülki kütləyə edilən hücumdan sonra həlak olan 7 fələstinlinin cənazəsi Deyr əl-Bəlahdakı Əqsa Şəhidləri xəstəxanasına gətirilib. Hücumla bağlı əlavə təfərrüat paylaşılmayıb.
#İsrail-Fələstin konflikti
Səhiyyə rəsmilərinin verdiyi məlumata görə, çərşənbə axşamı günü İsrail ordusunun Qəzza zolağında həyata keçirdiyi iki ayrı hücum nəticəsində ən azı beş nəfər həyatını itirib. Bu son zorakılıq dalğası ABŞ-ın vasitəçiliyi ilə əldə edilmiş və beş aydır davam edən kövrək atəşkəs razılaşmasının gələcəyini ciddi şübhə altına qoyur. Tibb işçiləri bildiriblər ki, anklavın şimalındakı Cabaliya bölgəsinə endirilən hava zərbəsi üç nəfərin, cənubdakı Xan Yunis şəhərinə edilən hücum isə iki nəfərin ölümü ilə nəticələnib. İsrail tərəfi hələlik hər iki hadisə ilə bağlı rəsmi şərh verməyib.
İsrail ordusu Qəzza zolağının cənubundakı Rəfah şəhərində tunellərdə mühasirədə qalan daha 9 fələstinlinin öldürüldüyünü açıqlayıb. Ordunun məlumatına görə, ötən həftə tunellərdən çıxdığı iddia edilən şəxslərlə toqquşma zamanı 3 nəfər yaxın məsafədən vurularaq öldürülüb. Dünən aparılan axtarış əməliyyatları zamanı isə daha 6 fələstinlinin həyatını itirdiyi bildirilib. İsrail tərəfi bölgədə əməliyyatların davam edəcəyini qeyd edib.
Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi İsrailin işğal altındakı Qərb Sahili ilə bağlı son qərarını kəskin tənqid edib. “Al Arabiya”nın yaydığı bəyanata görə, nazirlik İsrailin qərarının bölgədə sülh və sabitlik səylərini zəiflətdiyini bildirib. Açıqlamada vurğulanıb ki, İsrailin Fələstin torpaqları üzərində heç bir hüququ yoxdur və Qərb Sahilinin bəzi hissələrinə nəzarəti gücləndirmək qərarı iki dövlətli həll perspektivini təhlükə altına qoyur.
İsrail işğalçıları işğal altındakı Şərqi Qüdsdəki Məsciid-i Əqsaya daxil olaraq həyətində provokativ Talmudik ayin keçirib. Fanatik yəhudilər polis müşayiəti altında dini mərasimlərini icra ediblər. Onlarca fanatik yəhudi “Hanuka Bayramı”nın səkkizinci və son günündə Məsciid-i Əqsaya daxil olub. Bu zaman məbədin həyətində provokativ Talmudik ayin keçirilib. Yəhudi təqviminə görə, 14 dekabrda başlayan və bir həftə davam edən Hanuka Bayramı zamanı fanatik yəhudilərin Məsciid-i Əqsaya yönəlmiş daxilolmaları artır. Təkcə bazar günü 900-dən çox İsrail vətəndaşı məbədə daxil olub, noyabr ayında isə bu say təxminən 4 300 təşkil edib.
18 noyabr tarixində vəliəhd şahzadə Məhəmməd bin Salmanın Vaşinqtona nəzərdə tutulan səfəri, Səudiyyə Ərəbistanının Yaxın Şərqdə sülh siyasətinin formalaşdırılmasında aparıcı rolunun anlaşılması baxımından həlledici mərhələ kimi qiymətləndirilir. Bu səfər, Fələstin məsələsi, Qəzzadakı hadisələr və ABŞ-ın “İbrahim Sazişləri”nin genişləndirilməsi, o cümlədən Səudiyyə Ərəbistanının həmin sazişlərə daxil edilməsi üçün göstərdiyi təzyiqlərin fonunda baş tutur.