#Hakimlər saxlanıldı

İstanbul Cumhuriyyət Baş Prokurorluğu futbolda mərclik iddiaları ilə bağlı araşdırma aparıb. Araşdırma çərçivəsində Eyüpspor prezidenti Murat Özkaya, bir klubun keçmiş sahibi, Kasımpaşa SK-nın keçmiş prezidenti Fatih Saraç və 17 hakim daxil olmaqla toplam 21 nəfər saxlanılıb. Hakimlər “oyunun nəticəsini təsir etmək” və “aldadıcı məlumat yaymaq” ittihamları ilə sorğuya cəlb olunublar. Araşdırma İstanbul daxil olmaqla 12 şəhərdə aparılıb.