#Ermənistan

Milli Məclisin ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Qaya Məmmədov noyabrın 18-də Ermənistan parlament nümayəndə heyəti ilə keçirilmiş görüş barədə məlumat verib. Millət vəkilinin sözlərinə görə, ATƏT Parlament Assambleyasının İstanbulda keçirilmiş 23-cü payız sessiyası zamanı iki ölkə parlament nümayəndə heyətləri arasında keçirilmiş görüşdə parlamentlərin sülh prosesinə dəstəyi ətrafında fikir mübadiləsi aparılıb.

Orta Dəhliz - sadəcə nəqliyyat marşrutu deyil: o, innovasiyaları, əməkdaşlığı və iqtisadi artımı stimullaşdırır. Bunu ABŞ-nin Gürcüstandakı müvəqqəti işlər vəkili Alan Pörsell Avropa İttifaqı-Gürcüstan Biznes Şurası tərəfindən təşkil olunan “Qara dəniz Platforması” illik konfransında bildirib. O, Orta Dəhlizdə – Mərkəzi Asiyanı dünya bazarları ilə birləşdirən əsas ticarət marşrutunda – Gürcüstanın mühüm rolunu vurğulayıb.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi noyabrın 20-də davam etdirilib.

Noyabrın 18-də ATƏT Parlament Assambleyasının İstanbulda keçirilən 23-cü payız sessiyası çərçivəsində Azərbaycan və Ermənistan parlament nümayəndə heyətləri arasında ikitərəfli görüş keçirilib. Bildirilib ki, görüş Azərbaycan və Ermənistan parlament sədrləri arasında 2025-ci il oktyabrın 21-də Cenevrədə aparılmış müzakirələr çərçivəsində əldə olunmuş razılaşma əsasında baş tutub.