#Ermənistan

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan vasitəsilə Ermənistana tranzit yüklərin açılması və ikitərəfli ticarətin başlanması üçün şərait yaradılması qərarına görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını ifadə edib. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Ali Avrasiya İqtisadi Şurasının iclasında bildirib. Paşinyan regional iqtisadi inteqrasiyanı gücləndirmək üçün Ali Avrasiya İqtisadi Şurasının üzv dövlətləri və müşahidəçilərlə konstruktiv dialoqun vacibliyini vurğulayıb.

Dekabrın 20-də Xankəndinin Kərkicahan qəsəbəsinə ilk köç baş tutdu. Uzun illər məcburi köçkün həyatı yaşayan sakinlər bu gün doğma yurdlarına qayıtdılar. İlkin mərhələdə 117 nəfərdən ibarət 30 ailə Kərkicahana qayıdıb. Uzun illərin həsrətindən sonra Xankəndi, Kəkicahan qəsəbəsi öz sakinlərini qarşıladı. Mərasim Dövlət Himnimizın səslənməsi ilə başlayıb. Torpaq uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

2020-ci ildə başa çatan müharibə və 2023-cü ildə Azərbaycanın öz suverenliyini tam təmin etməsi Cənubi Qafqazda tamamilə yeni siyasi-hüquqi reallıq formalaşdırdı. Bu reallıq regionda uzunmüddətli sülh, əməkdaşlıq və inteqrasiya üçün unikal imkanlar yaratsa da, paralel olaraq müəyyən dairələrin bu prosesi qəbul etmədiyi də aydın görünür. Xüsusilə xaricdə fəaliyyət göstərən erməni diasporu və onunla bağlı siyasi-lobbi strukturları yeni mərhələyə uyğunlaşmaq əvəzinə, keçmiş münaqişə dövrünün ritorikasını yaşatmaq xəttini seçiblər.

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Monteneqro Baş nazirinin beynəlxalq əlaqələr üzrə müavini və xarici işlər naziri Ervin İbrahimoviç arasında təkbətək görüş keçirilib. Bildirilib ki, nazirlər Azərbaycan–Monteneqro münasibətlərinin mövcud vəziyyətini və gələcək perspektivlərini, o cümlədən siyasi dialoq, iqtisadi əməkdaşlıq, humanitar əlaqələr və beynəlxalq platformalarda qarşılıqlı fəaliyyəti müzakirə ediblər.

Dekabrın 19-da Nizami Kino Mərkəzində “AnewZ” Beynəlxalq Televiziyasının araşdırma seriyasından olan “The Oligarch's Design” sənədli filminin rəsmi nümayişi keçirilib. Təqdimatda Milli Məclisin deputatları, Azərbaycanın televiziya kanallarının, informasiya agentliklərinin, media subyektlərinin rəhbərləri və ictimai-siyasi şəxslər iştirak ediblər. “AnewZ” Beynəlxalq Televiziyasının icraçı direktoru Rüfət Həmzəyev sənədli ekran əsəri barədə məlumat verib.

Son dövrlərdə Fransada qəbul edilən qanunvericiliyə dəyişikliklər bu ölkənin təhlükəsizlik və xarici hərbi iştirak strategiyasında keyfiyyətcə yeni mərhələyə keçdiyini göstərir. Xüsusilə “etibarlı operatorlar” anlayışının hüquqi dövriyyəyə daxil edilməsi faktiki olaraq Fransada özəl hərbi şirkətlərin fəaliyyətinin leqallaşdırılması kimi qiymətləndirilə bilər.

Prezident İlham Əliyevin qərarı ilə oktyabrda Azərbaycandan Ermənistana yüklərin tranziti ilə bağlı işğaldan bəri mövcud olan məhdudiyyətlərin aradan qaldırılmasından sonra qonşu ölkəyə yük göndərişi davam edir. Dekabrın 18-də Azərbaycanın dövlət neft şirkəti SOCAR tərəfindən ilk dəfə olaraq yerli mənşəli neft yükünün Ermənistana tədarükü həyata keçirilib.

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Niderland Krallığına işgüzar səfəri çərçivəsində Niderland Krallığının Xarici ticarәt vә inkişaf naziri Aukje de Vries, Xarici İşlәr Nazirliyinin (XİN) Baş katibi Christiaan Rebergen, xarici işlәr nazirinin müavini Marsel de Vink, Niderland Baş nazirinin Milli təhlükəsizlik müşavirinin müavini Joost van Deutekom, Niderland Senatının Xarici İşlәr, Müdafiә vә İnkişaf Komitәsinin sәdri, senator Koen Peterssen və komitәnin digәr üzvlәri, eləcə də bu ölkənin nüfuzlu dövlət və siyasi xadimləri ilə görüşlər keçirib.